Kişi yanğından sevgilisini deyil, arağı XİLAS ETDİ – VİDEObackend

Kişi yanğından sevgilisini deyil, arağı XİLAS ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişi yanan evdən əvvəlcə sevgilisini deyil, arağı xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Rusiyanın Novokuybışevsk şəhərində baş verən yanğın zamanı kişi qeyri-adi davranışı ilə diqqət çəkib.

Yanğınsöndürənlər onu pəncərədən xilas etməyə çalışarkən kişi əvvəlcə ən vacib hesab etdiyi əşyaları — araq şüşəsini və içki üçün qəlyanaltını onlara uzadıb.

Təhlükəli ərazidən çıxarıldıqdan sonra kişi yanan evdə sevgilisinin də olduğunu xatırlayıb. Onun sözlərinə görə, qadın tualetdə gizlənib.

Yanğınsöndürənlər dərhal evə qayıdaraq qadını da xilas ediblər.

Hadisə sosial şəbəkələrdə diqqət çəkən qəribə əhvalat kimi müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az