Rusiyada 11-ci sinif şagirdləri sınaq imtahanında antirekord qırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərində yerləşən 9 nömrəli məktəbin 11-ci sinif şagirdləri rus dili üzrə sınaq imtahanında gözlənilməz nəticə göstəriblər.
Sinifdə yalnız bir qız “4” qiyməti alıb, digər şagirdlərin hamısı isə imtahandan “2” alıb.
Şagirdlər durğu işarələrinin, o cümlədən vergül və iki nöqtənin işlədilməsi, eləcə də rus dilində “н” və “нн”, “не” və “ни” yazılış qaydaları ilə bağlı tapşırıqların öhdəsindən gələ bilməyiblər.
Müəllimlər bildiriblər ki, bu, qeyri-adi haldır. Onların sözlərinə görə, hətta ən zəif siniflərdə belə, adətən, yaxşı nəticə göstərən ən azı iki şagird olur.
Valideynlərin iddiasına görə, uşaqları məktəbdən xaric edilməklə hədələyiblər. Lakin şəhərin təhsil idarəsi bu məlumatı təsdiqləməyib.
Bildirilib ki, şagirdlər məktəbdə qalacaqlar, amma imtahana daha ciddi hazırlaşmalıdırlar.
Xuraman Etibarlı
İnterpress.az






