Rusiyada beş nəfər meymunçiçəyi şübhəsi ilə xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Rusiyada beş nəfər meymunçiçəyi şübhəsi ilə xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada beş nəfər meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Rusiyanın Moskva vilayətində beş nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Pasiyentlər Ramenskoye xəstəxanasında həkim nəzarətinə götürülüblər.

Rusiya mediasının məlumatına görə, onların hamısı Jukovski şəhərində Qorki küçəsində yerləşən eyni mənzildə yaşayıb.

Xəstəxanaya yerləşdirilənlər arasında 29 yaşlı Vladimir A. və 27 yaşlı Aleksandr A. adlı iki qardaş, eləcə də 35 yaşlı Kirill S. və 30 yaşlı Dariya S. adlı ər-arvad var.

Beşinci pasiyent isə Belarus vətəndaşı olan 22 yaşlı Anita B.-dir.

Qeyd edək ki, meymunçiçəyi diaqnozu hələlik ilkin xarakter daşıyır. Yoluxma şübhəsi laborator müayinələrin nəticələri ilə dəqiqləşdirilməlidir.

Xuraman Etibarlı

İnterpress.az