Qatara küçədən kərpic ATILDI: Qadın sərnişin zərbədən HUŞUNU İTİRDİ – VİDEObackend

Qatara küçədən kərpic ATILDI: Qadın sərnişin zərbədən HUŞUNU İTİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada elektrik qatarının sərnişininin başına küçədən kərpic atılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Moskvada MCD-2 elektrik qatarının qadın sərnişininin başına kərpic düşüb.

Hadisə “Streşnevo” və “Şukinskaya” stansiyaları arasındakı sahədə baş verib. Naməlum şəxs küçədən qatarın içinə kərpic atıb.

Zərbədən sonra gənc qadın huşunu itirib. Özünə gəldikdə isə digər sərnişinlərin onun ətrafına toplaşdığını və ilkin tibbi yardım göstərdiyini görüb.

Polis araşdırmaya başlayıb.

Xuraman Etibarlı

İnterpress.az