11 yaşlı uşağı zorlayan pedofil edam olunacaq? – Hüquqşünasdan açıqlamabackend

11 yaşlı uşağı zorlayan pedofil edam olunacaq? – Hüquqşünasdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İctimaiyyətin belə əsəbləşməsi, hiddətlənməsi və kin-küdurəti aydın, başa düşüləndir. Çünki hamının həmin yaşda olan övladı, nəvəsi var. Hesab edirlər ki, belə təhlükəli insanlar varsa, yaxınlarına olan təhlükə hələ də qalmaqdadır. Buna görə hamı caniyə ağır cəza istəyir”.

Bunu hüquqşünas Əsabəli Mustafayev Yenisabah.az-a açıqlamasında deyib.

O, İmişlidə 11 yaşlı qızın zorlanması hadisəsi şərh edərkən, sərt cəzaların, xüsüisən axtalanma təklifinin Azərbaycanın götürdüyü beynəlxalq öhtəliklərə əsasən mümkün olmadığını bildirib.

“Azərbaycanın bu cəzanın tətbiqi qeyri-mümkündür. Çünki Avropa Şurasına daxil olarkən müəyyən öhtəliklər götürülüb. Buna görə də hətta ölüm cəzasını ləğv edilib. Avropa Şurasının üzvü olan 47 ölkənin heç birində ölüm cəzası yoxdur.

Pedofillərə, yəni azyaşlı uşaqlara qarşı zorlama törədənlərə, xüsusi ilə seksual manyaklara qarşı axtalama təklifi Rusiyada hətta Dövlət Duması səviyyəsində müzakirəyə çıxarıldı. Lakin qərar qəbul olunmadı. Hər halda xacə yaratmaq müasir dövrə bir qədər uyğun olmayan məsələdir, bu gün real deyil”.

Ə.Mustafayev qeyd edib ki, həmin cinayəti törətmiş şəxslərin cəzası yox, cəza rejimi dəyişilməlidir:

“Onu ancaq azadlıqdan məhrumetmə cəzası gözləyir. 10 və ya 15 il cəza alacaq. Azadlıqdan məhrumetmə cəzasını artırmaq olar. Həmin cəzanı almış şəxslər xüsusi rejimdə saxlanması barədə qərar qəbul edilə bilər. Ya da ilk əvvəlki illərini həbsxanada, daha sonra islah-əmək düşərgəsində tək saxlanmalıdır.

Cəza rejimi dəyişilə, ömürlük həbs də tətbiq edilə bilər. Məncə, cəzanın özü yox, rejimi dəyişilsə, daha məqbul olar”.

Nəzrin Vahid

11 yaşlı uşağı zorlayan pedofil edam olunacaq?  - Hüquqşünasdan açıqlama