Tramp Inla danışıqların yarımçıq qalmasının səbəbini açıqladıbackend

Tramp Inla danışıqların yarımçıq qalmasının səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp KXDR lideri ilə danışıqların yarımçıq qalmasının qismən Konqresdə ona qarşı dinləmələrin aparılması ilə əlaqədar olduğunu bildirib.

Cümə axşamı ABŞ-ın nümayəndələr palatasında Trampın maliyyə qanunvericiliyini pozduğuna və yalan ifadə verdiyinə görə üç il azadlıqdan məhrum edilmiş şəxsi vəkili Maykl Koen dinlənilib.

İnterPress.az-ın məlumatına görə bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb.

“Demokratlar açıq dinləmələrdə məhkum yalançı və fırıldaqçını dinlədiyi bir vaxtda, Şimali Koreya ilə olduqca vacib nüvə sammiti gedib. Bu, görünür, ABŞ siyasətində növbəti anti-rekorddur. Yəqin ki, bu da danışıqlardan “uzaqlaşmağa” öz təsirini göstərib. Hələ indiyə kimi, prezident ölkə xaricində olanda belə bir şey edilməmişdi. Ar olsun!”, – deyə prezident yazıb.

Qeyd edək ki, cümə axşamı Konqresə ifadə verən Koen Trampın “irqçi, fırıldaqçı və dələduz” olduğunu bildirib və onun Rusiyanın seçkilər prosesinə iddia olunan müdaxiləsində əlinin olduğunu söyləyib. Demokratlar Koenin məhkum olmasına rəğmən, ona inandıqlarını bildiriblər.

İnterPress.az