Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadiyyat və ticarət sahələrində investisiya əməkdaşlığının genişləndirilməsi barədə protokol imzalayıb.
İnterPress.az-ın məlumatına görə, sənəd Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının beşinci iclası çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Səudiyyə Ərəbistanı tərəfindən Baş İnvestisiya İdarəsinin rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər imzalayıb.
Protokol həmçinin mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
İnterPress.az