ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə gəlib.
İnterPress.az-ın məlumatına görə, Ankaraya səfər çərçivəsində C.Ceffri Türkiyənin rəsmi şəxsləri ilə, o cümlədən milli müdafiə naziri Hulusi Akarla bir sıra görüşlər keçirəcək.
Danışıqlar zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılması, Türkiyə sərhədində təhlükəsiz zonanın yaradılması, Türkiyəyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin tədarükü və ABŞ-dan \”Patriot\” raket əleyhinə kompleksinin alışı kimi məsələlər müzakirə olunacaq.(trend)
İnterPress.az