İnterPress.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.
O deyib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədə peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.
P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.
Mərkəz rəhbəri qeyd edib ki, qrip virusunun yayılması aprel ayının ikinci yarısına qədər davam edəcək.(report)
İnterPress.az