İnterPress.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.
\”ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək niyyətini və buna hazır olduğunu bəyan etmək istəyirəm. Nizamlama çərçivəsində görüşlərimizi davam etdiririk. Bu, münaqişə zonasında gərginliyin azaldılmasına yardım edib\”, – deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O, Yerevana qarşıdakı səfəri zamanı Ermənistan tərəfinə Bakının bəyanatını çatdıra biləcəyinə ümidvar olduğunu əlavə edib.
İnterPress.az