Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıbbackend

Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.

Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.

Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

İnterPress.az