Moskva bazarında kütləvi yoxlama – azərbaycanlı satıcılar hədəfdəbackend

Moskva bazarında kütləvi yoxlama – azərbaycanlı satıcılar hədəfdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin dediyinə görə, martın 12-də Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunub. Onlar girişləri bağlayaraq, bazar ərazisinə heç kəsi buraxmır. Polis əməkdaşları isə axtarışlar həyata keçirir, bazarda işləyənləri sorğu-sual edir.

Reydin səbəbi və saxlanılanların olub-olmaması barədə məlumat yoxdur.

Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı Qodu Nisanov və Zarah İliyevə məxsus “Sadovod” paytaxt bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilmişdi.

Reydin gedişində bir neçə nəfər saxlanılıb.

İnterPress.az