Hadisə Nizami rayonu Mirzə Ələkbər Sabir küçəsi 70 ünvanında yerləşən 31 saylı Poçt Məntəqəsində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan maskalı şəxs poçta hücum edərək oradan 287 manat götürərək hadisə yerindən uzaqlaşıb.
Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır. ( apa )
İnterpress.az