“Miraj” qrupunun bəstəkarı Andrey Lityagindən 8 milyon rubl təzminat tutulub.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın məşhur “Miraj” pop qrupunun yaradıcılarından və bəstəkarlarından biri olan Andrey Lityagindən qrupun mahnılarının qanunsuz ifasına görə külli miqdarda vəsait tutulub.
Moskva Şəhər Məhkəməsinin qərarı ilə bəstəkar 8 milyon rubl (təxminən 174 min manat) məbləğində təzminat ödəməli olacaq.
Məlumata görə, bəstəkara qarşı məhkəmə iddiasını qrupun keçmiş tanınmış solisti Marqarita Suxankina qaldırıb.
Məhkəmə həmçinin Lityaginə “Miraj” qrupunun repertuarına daxil olan 29 populyar mahnını ifa etməyi rəsmən qadağan edib.
Musiqi dünyasında böyük səs-küyə səbəb olan bu iddia çərçivəsində müəllif hüquqlarının pozulması faktı təsdiqini tapıb.
Hazırda tərəflər arasında müəllif hüquqları ilə bağlı yaranmış hüquqi mübahisənin digər detalları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






