Kolumbiyada həbsxanada baş verən qiyam zamanı 30-dan çox məhkum qaçıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiyada cəzaçəkmə müəssisələrindən birində kütləvi iğtişaş qeydə alınıb. Baş verən güclü qiyam zamanı yaranan qarışıqlıqdan istifadə edən 30-dan çox məhkum həbsxanadan qaçmağa nail olub.
Məlumata görə, həbsxana daxilində məhkumlar tərəfindən törədilən iğtişaş kəskinləşərək nəzarətçilərin müqavimətini qırıb. Nəticədə asayişi pozan qrup mühafizə xəttini aşaraq ərazidən uzaqlaşmağı bacarıb.
Hadisədən dərhal sonra bölgədə təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib.
Hazırda Kolumbiya hüquq-mühafizə orqanları və xüsusi təyinatlı qüvvələr tərəfindən qaçan məhkumların yerinin müəyyənləşdirilməsi və onların yenidən yaxalanması üçün irimiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Xuraman Etibarlı
İnterpress.аz






