Ermənistanda analarını oxlovla öldürüb basdıran iki qardaş HƏBS EDİLDİ – VİDEObackend

Ermənistanda analarını oxlovla öldürüb basdıran iki qardaş HƏBS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iki qardaş analarını oxlovla vurub öldürərək basdırıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə ermənistan mediası məlumat yayıb.

Ermənistanın Melikgyux (əsl adı Məlikkənd) kəndində dəhşətli və amansız ailə cinayəti törədilib. 25 və 20 yaşlı iki qardaş aralarında yaranan münaqişə zəminində öz doğma analarını oxlovla ağır zərbə endirərək qətlə yetiriblər.

Məlumata görə, qardaşlar törətdikləri qanlı cinayətin izini itirmək məqsədilə analarının cansız bədənini yarımçıq qalmış tikiliyə aparıblar.

Onlar cəsədi həmin tikilməkdə olan binada torpaq qatının altında gizlədərək basdırıblar.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki qardaş saxlanılaraq nəzarətə götürülüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb və zəruri araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz