İran Böyük Britaniyanın “Ferford” hərbi bazasını vurmaqla hədələyib.
İnterpress.аz xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Böyük Britaniyanın “Ferford” (Fairford) aviabazasını rəsmən qanuni hədəf elan edib.
Bəyanatda ABŞ-nin bu hərbi bazadan “B-1” ağır bombardmançı təyyarələrinin uçuşu üçün istifadə etməsindən sonra obyektin birbaşa hədəfə çevrildiyi bildirilir.
Rəsmi Tehran bölgədə mümkün cavab zərbələrinin endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, İran sərhədlərindən sözügedən Britaniya hərbi bazasına qədər olan məsafə təxminən 4500 kilometr təşkil edir.
Bununla belə, hərbi mütəxəssislər xatırladırlar ki, İran bundan əvvəl də öz uzaqmənzilli raketlərinin yüksək imkanlarını nümayiş etdirərək 4000 kilometr məsafədə yerləşən “Dieqo-Qarsiya” (Diego Garcia) hərbi bazasına raket zərbələri endirib.
Xuraman Etibarlı
İnterpress.аz






