Almaniyada ticarət mərkəzində bıçaqlı HÜCUM: 47 yaşlı qadın ağır YARALANDIbackend

Almaniyada ticarət mərkəzində bıçaqlı HÜCUM: 47 yaşlı qadın ağır YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ticarət mərkəzində qadına qarşı dəhşətli bıçaqlı hücum baş verib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniyanın Ştutqart şəhərində yerləşən “Milaneo” ticarət mərkəzində qadına qarşı amansız bıçaqlı hücum baş verib.

Ştutqart-Nord rayonundakı əyləncə mərkəzində 47 yaşlı qadının naməlum şəxs tərəfindən bıçaqlandığı barədə polis idarəsinə çoxsaylı zənglər daxil olub.

Ağır yaralanan qadın dərhal təcili cərrahiyyə əməliyyatına alınıb və həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Cinayəti törədən şübhəli şəxs hadisə yerindən qaçmağa çalışıb. Polisin keçirdiyi irimiqyaslı əməliyyat çərçivəsində ticarət mərkəzi tamamilə nəzarətə götürülərək mühasirəyə alınıb, havaya isə axtarış helikopteri qaldırılıb.

Xüsusi təyinatlılar şübhəli şəxsi ticarət mərkəzinin binasından kənarda yaxalayaraq həbs ediblər.

Hadisənin başvermə səbəbləri hələlik dəqiq məlum deyil.

Müstəntiqlər hadisə yerindəki maddi sübutları toplayır və ərazidəki təhlükəsizlik kameralarının görüntülərini dərindən təhlil edirlər.

Xuraman Etibarlı

İnterpress.аz