Arkadi Dvorkoviç FİDE prezidenti səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç rəsmi vəzifə səlahiyyətlərinin icrasını müvəqqəti olaraq dondurduğunu bəyan edib.
Rusiyalı rəsmi bu qərarını Avropa İttifaqı (Aİ) tərəfindən ona qarşı tətbiq edilən sanksiyalarla əlaqələndirib.
Dvorkoviç sanksiyaların rəhbərlik etdiyi beynəlxalq şahmat qurumunun fəaliyyətinə, əlaqələrinə və maliyyə əməliyyatlarına mənfi təsir göstərməməsi üçün bu addımı atdığını vurğulayıb.
Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən bəri FİDE-yə rəhbərlik edirdi.
Onun səlahiyyətlərinin müvəqqəti olaraq federasiyanın digər rəhbər şəxslərindən birinə həvalə ediləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






