Türkiyənin Sivas şəhərində gənə dişləyən 72 yaşlı ahıl kişi dünyasını dəyişib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin Sivas şəhərində bədənində gənələr aşkarlanan 72 yaşlı ahıl kişi müalicə aldığı tibb müəssisəsində vəfat edib. Xəstənin həyatını xilas etmək həkimlərin bütün göstərdiyi səylərə baxmayaraq, təəssüf ki, mümkün olmayıb.
Bu kədərli hadisə ilə cari il ərzində təkcə Sivas vilayətində gənə dişləməsi nəticəsində dünyasını dəyişənlərin ümumi sayı rəsmən 11 nəfərə yüksəlib.
Yerli səhiyyə rəsmiləri yay aylarında meşəlik, kolluq və otlaq sahələrində gənə təhlükəsinə qarşı vətəndaşları son dərəcə diqqətli olmağa çağırırlar.
Təbiət qoynunda vaxt keçirən və ya heyvandarlıqla məşğul olan şəxslərin bədənlərinə müntəzəm nəzarət etmələri, hər hansı dişləmə halı aşkarladıqda isə gənəyə toxunmadan dərhal yaxınlıqdakı xəstəxanaya müraciət etmələri tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.аz






