Məktəbli qıza hücum edilib – FOTObackend

Məktəbli qıza hücum edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli.az-a istinadən xəbər verir ki, naməlum şəxs bir neçə dəqiqə əvvəl orta məktəbin 10-cu sinif şagirdi L.B.-ni döyərək tanınmaz hala salıb.

Zərərçəkmişin yaxınları bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.

Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, cinayətkarın tapılması üçün polisə məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirildi ki, hadisə baş verən ünvana əməliyyat qrupu göndərilib. Məsələni diqqətdə saxlayacağıq.

Məktəbli qıza hücum edilib - FOTO

Məktəbli qıza hücum edilib - FOTO

İnterpress.az