UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşibbackend

UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası – AR, Birləşmiş Millətlər Təşkilatı – BMT, Milli Məclis – MM və s.;

Eyni zamanda tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr – m, cild – c, və sairə – və s., və başqaları – və b.;

Yarımçıq ixtisarlar da aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent – dos., professor – prof., Azərbaycan Nəşriyyatı – Azərnəşr və s.

Yeni qaydalara əsasən, ixtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.

İnterPress.az