Batumidə Azərbaycanın Respublika Gününə həsr olunan mərasim keçirilibbackend

Batumidə Azərbaycanın Respublika Gününə həsr olunan mərasim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Report”un Gürcüstan bürosuna konsulluqdan məlumat verilib.

Tədbirdə Acarıstan Muxtar Respublikası (MR) hökumətinin rəhbəri Tornike Rijvadze, MR-in Ali Sovetinin sədri Davit Qabaidze, hökumət üzvləri, İranın baş konsulu Ahmad Badpa, SOCAR şirkətinin Batumi nümayəndəliyi, Kulevi terminalının rəhbərliyi, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Mərasim iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimin açılış nitqində Baş konsul Pərviz İsmayilzadə müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa edildiyini qeyd edib: “101 il əvvəl, 1918-ci il mayın 28-də Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikasının yaradılmasını bəyan edən Müstəqillik Bəyannaməsi qəbul edilib. Azərbaycan Demokratik Respublikasının özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi”.

Baş konsul qeyd edib ki, ADR Avropanın əksər ölkələrini qabaqlayaraq, ilk dəfə müsəlman Şərqində qadınlara seçkilərdə iştirak etmək hüququ verib: “ADR həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb.. Mövcud olduğu cəmi 23 ay ərzində ADR olduqca böyük işlər görüb. 1920-ci ilin aprel ayında baş vermiş işğala qədər ADR-in müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış, onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdur”.

P.İsmayilzadə Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğal etdiyini də xatırladıb.

Baş konsul Azərbaycanın iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olduğunu və bu uğurların uzun illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlılığını vurğulayıb: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz iqtisadi cəhətdən günü gündən qüdrətlənir, inkişaf edir”.

Diplomat Azərbaycanla Gürcüstanın tərəfdaş ölkə, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birilərinə yaxından köməklik etmiş dövlət, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu qeyd edib.

Acarıstan MR-in hökuməti başçısı Tornike Rijvadze öz çıxışında Respublika Günü və Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, müstəqillik gününün elan edilməsinin bütün ölkələr üçün vacib bayram olduğunu və böyük məmnuniyyətlə bu bayramı Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edib: “Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub. Hazırda münasibətlərimiz yüksək səviyyədə inkişaf edir və bölgədə beynəlxalq təhlükəsizlik, nəqliyyat və enerji, eləcə də humanitar məsələlər ilə bağlı planlaşdırılan müxtəlif layihələrdə öz əksini tapır”.

O vurğulayıb ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayır. O, bölgəyə Azərbaycan şirkətlərinin marağının artdığını, regional səviyyədə də əməkdaşlığın inkişaf etdiyini, Acarıstan və Naxçıvan arasında müxtəlif sahələrdə əməkdaşlığın yarandığını bildirib.

Mərasim çərçivəsində Heydər Əliyevlə bağlı foto-slaydlar nümayiş etdirilib.

Tədbir ziyafət və “Ceyran” rəqs ansamblının musiqi proqramı ilə davam etdirilib.

İnterPress.Az