“MDB-nin informasiya məkanı açıq olmalıdır”- Putinbackend

“MDB-nin informasiya məkanı açıq olmalıdır”- Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”MİR\” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

\”Birincisi, MDB-nin informasiya məkanı açıq olmalıdır. Burada minimal həcmdə məhdudlaşdırmalar olmalıdır. Əgər məhdudlaşdırmalar varsa, o zaman onlar istisnasız olaraq ancaq təhlükəsizliklə, əxlaq və mənəviyyatın hansısa ümumi qəbul olunmuş elementləri ilə əlaqədar olmalıdır\”, – deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, informasiya məkanı ona görə açıq olmalıdır ki, informasiya mənbələri qorunsun və effektiv işləyə bilsinlər: “Bununla belə, onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşı olacaq. İnformasiya yayılmalıdır. Azadlıq informasiyanı yayanların deyil, bu informasiyanı istifadə edənlərin marağındadır\”.

İnterpress.az