Xarkovda azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının adına park salınıbbackend

Xarkovda azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının adına park salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə şəhər meriyası tərəfindən salınan parkın açılışı olub.

Qeyd edək ki, Səfərov Fariz Məcid oğlu 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub.

İkinci Dünya müharibəsində SSRİ-nin 78-ci qvardiya atıcı alayının pulemyot heyətinin komandiri, qvardiya baş serjantı F.S əfərov 1943-cü il sentyabrın 26-da Ukraynanın Dnepropetrovsk vilayəti ərazisində düşmənin çoxsaylı hücumlarını dəf edərək onun canlı qüvvələrinə böyük tələfat yetirib, sovet atıcı bölmələrinin Dnepr çayını keçməsinə kömək edib. F. Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanıb, alman ordusuna məxsus xeyli döyüş sursatı, texnika ələ keçirilib. Bundan sonra 1944-cü il martın 19-da Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

İnterpress.az