12 yaşlı məktəbli qız “Bilik günü” tədbiri zamanı VƏFAT ETDİbackend

12 yaşlı məktəbli qız “Bilik günü” tədbiri zamanı VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulyanovsk vilayətində məktəb qız istidən vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Ulyanovsk vilayətinin Oktyabr qəsəbəsində 12 yaşlı qız məktəbin “Bilik günü” tədbiri zamanı qəfildən huşunu itirib.

 hadisə yerində ona ilkin tibbi yardım göstərilib, su verilib və sonra məktəbin tibbi məntəqəsinə çatdırılıb.

Gələn təcili yardım briqadası qızı xilas etməyə çalışsa da, uğursuz olub.

İlkin ehtimallara görə, onun ürək qüsuru var idi, həmçinin yüksək temperatur vəziyyəti ağırlaşdırmış ola bilər.

Xuraman Etibarlı

İnterpress.az