31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıbbackend

31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Azərpoçt” MMC-yə istinadla xəbər verir ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75×95 millimetr, markanın ölçüsü isə 37×52 millimetrdir.

Markanın üzərində “31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub. Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Poçt markasının və “Birinci gün” zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Qeyd edək ki, mərasim çərçivəsində “Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov “Birinci gün” zərflərini xatirə ştempeli ilə möhürləyiblər.

İnterpress.az