Rusiya Azərbaycanlıları İttifaqı II Foruma hazırlaşırbackend

Rusiya Azərbaycanlıları İttifaqı II Foruma hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aprelin 27-də Rusiya Azərbaycanlıları İttifaqı Respublika Günü münasibətilə National Hoteldə təntənəli tədbir keçirib. Tədbirə Rusiyadakı Azərbaycan diasporunun tanınan isimləri ilə yanaşı Rusiyanın ictimai-siyasi xadimləri, digər diaspor qurumlarının rəhbərləri qatılıb. Ramazan ayı boyunca RAİ dəfələrlə inanclılar üçün iftar süfrələri açıb, bu mübarək ayın birlik, bərabərlik, paylaşmaq kimi dəyərlərinə sayğısını göstərib, bir çox xeyriyyə aksiyaları təşkil edib, şəhid, qazi ailələrinə mənzillər bağışlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanan insanların Bakının, İstanbulun ixtisaslaşmış klinikalarında müalicəsini təşkil edib, Azərbaycan və Rusiya idmançılarının dünyanın önəmli turnirlərində iştirakını maliyyələşdirib, Rusiya-Azərbaycan münasibətlərinə həsr edilən beynəlxalq forum keçirib, Milli Mətbuat günü münasibətilə Azərbaycan media mənsubları üçün bayram tədbiri düzənləyib.

Sadalananlar Rusiya Azərbaycanlıları İttifaqının son aylarda gördüyü işlərin heç də hamısı deyil. Adı çəkilənlərlə yanaşı artıq icrasına başlanan bir sıra tədbirlər də var ki, yaxın zamanlarda onlar haqqında da ictimaiyyətə geniş bilgi veriləcək. İndi RAİ yüksək işgüzarlıq mühitidə oktyabrın 12-nə təyin olunan Rusiya Azərbaycanlılarının II Forumuna hazırlaşır. I Forum kimi bu tədbir də Bolşaya Yakimanka,24-də – Prezident Hoteldə keçiriləcək.

II Forumun əsas mövzusu olaraq “Qloballaşan dünyada Azərbaycan diasporu: inkişafın durumu və perspektivləri” seçilib. Adından göründüyü kimi, toplantı çox ciddi strateji xaratker daşımaqdadır.

Bundan başqa Forumda Azərbaycanın diaspor fəalları ilə aşağdıdakı məsələlərin müzakirəsi planlaşdırılır:

– Azərbaycan diasporu: çağdaş tələblər və sistemli fəaliyyətin təşkili

– Rusiyadakı Azərbaycan diasporu, Rusiya-Azəraycan münasibətləri və humanitar bağlar

– Dövlətlərarası münasibətlərdə Azərbaycan diasporu faktoru

– Azərbaycan diasporunun Azərbaycan Respublikası ilə əlaqələri

– Rusiya azərbaycanlılarının diaspor qurumlarının ekspert qiymətləndirməsi

– Azərbaycan diaspor qurumlarının Rusiyanın yerli hakimiyyət orqanları ilə qarşılıqlı münasibətləri

– Azərbaycan diasporunun fəaliyyətində medianın və sosial şəbəkələrin rolu.

– Lobbiçilik və diaspor

– Rusiya Azərbaycanlıları İttifaqının 2020-ci il üçün iş planı.

Yuxarıda sadalanan geniş spektrli məsələlərin müzakirəsi üçün Rusiya Azərbaycanlılarının II Forumuna Rusiya Federasiyasının bütün subyekstlərindəki diaspor qurumlarımızla yanaşı, Rusiyanın siyasi-ictimai həyatının tanınan isimləri də dəvət edilib. Foruma qatılmaq istəyən şəxslər sentyabrın 15-nə qədər https://raisar.org-da qeydiyyatdan keçə bilərlər.

Sözsüz ki, Forum hər bir iştirakçının çıxış və təkliflərinə də açıqdır. Sentyabrın 20-dək Forum təşkilatçılıarının xəbərdar etmək şərtilə iştirakçılar toplantıda diasporun gündəmində olan məsələlərlə bağlı məruzə edə bilərlər. Yeganə tələb məruzəni öncədən [email protected] ünvanına yollamaqdır.

Forum təşkilatçıları bildirir ki, tədbirin keçirilməsinin əsas məqsədi Rusiyadakı Azərbaycan diaspor qurumlarını ümummilli dəyərlərin qorunması ideyası ətrafında birləşdirmək, vətəndaş cəmiyyəti institutlarının diaspor qurumlarının inkişaf strategiyasının təkmilləşdirilməsinə cəlb etməkdir.

Hazırlıq prosesindən də görünür ki, Forum diapor hərəkatının möhkəmlənməsi və genişlənməsi üçün faydalı olacaq. Dəvətlilər sırasında Rusiyanın, Azərbaycanın, MDB, Avropa və Yaxın Doğu ölkələrinin ictimai-siyasi xadimlərinin, elm və mədəniyyət adamlarının olması da belə düşünməyə əsas verir.

Forumun bədii hissəsində 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə klassik musiqi konserti veriləcək.

Rusiya Azərbaycanlılarının II Forumunun təşkilatçılığını iki güclü qurum – Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu üzərinə götürüb. Bu da onu göstərir ki, Forum beynəlxalq müstəvidə hadisəyə çevrilərək Rusiyadakı Azərbaycan diasporunun həyatında önəmli rol oynayacaq. Ümid edirik ki, gözlənilən tədbir Rusiya Federasiyasında yaşayan, çalışan soydaşlarımızın birləşməsi üçün müsbət və həlledici qərarla tamamlanacaq.

İnterpress.az