128 gün komada qalan 24 yaşlı qazimiz bu gün dəfn olundu – FOTObackend

128 gün komada qalan 24 yaşlı qazimiz bu gün dəfn olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

128 gün komada qalan 24 yaşlı Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu bu gün torpağa tapşırılıb.

İnterpress.az-ın məlumatına görə, Tacəddin İsmayılzadə yaşadığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Emin Hacıyev, Müşfiq Məmmədli, Tahir Mirkişili, şəhidin yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib. Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayılzadə Tacəddin Vüqar oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

 

 

İntetpress.az