Millimizin müdafiəçisi Avstriyada çıxış edə bilərbackend

Millimizin müdafiəçisi Avstriyada çıxış edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan U-21 yığmasının müdafiəçisi Hüseyn Seyliğli karyerasını Avstriyada davam etdirə bilər.

Azerisport.com saytı məlumat verir ki, futbolçu Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi”ndən Avstriyanın “Austria Klaqenfurt” klubuna transfer oluna bilər.

Qeyd edək ki, “Austria Klaqenfurt” klubunda U-21 millimizin digər futbolçusu Barış Əkinçiər də çıxış edir.

Xatırladaq ki, Hüseyn Seyliğlinin Azərbaycan klublarında çıxış etməsi təklif edilsə də heç bir klub onun xidmətindən yararlanmaq istəməyib.

İnterpress.az