13 ildən sonra Səudiyyə Ərəbistanı Suriyada səfirlik açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb. Agentlik yazır ki, 13 ildən sonra Səudiyyə Ərəbistanının Suriyada səfirliyi rəsmən açılıb.
Səudiyyə Ərəbistanının Suriyadakı müvəqqəti işlər vəkili açılış mərasimində deyib: “Səudiyyə Ərəbistanının səfirliyinin yenidən açılması iki qardaş ölkə arasında münasibətlər tarixində mühüm məqamdır”.
Məqalədə qeyd olunur ki, “Səfirliyin açılması Suriya siyasətinin qələbəsi və onun ərəb ağuşuna qayıtmasıdır”.
2012-ci ildə Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələri kəsib və Suriya vətəndaş müharibəsi fonunda o vaxtkı səfir Mehdi Daxlallahı ölkədən çıxarıb.
2023-cü ilin dekabrında ölkələr arasında diplomatik münasibətlərin bərpasından bir neçə ay sonra Suriya öz səfirini Səudiyyə Ərəbistanına təyin edib.
Mayın 26-da Səudiyyə Ərəbistanı həmçinin Suriyaya yeni səfir təyin edib.
Xuraman Etibarlı
İnterpress.az