İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, Əbülfəs Qarayev Macarıstan ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Görüşdə cari ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Səfir Jolt Çutora qəbula görə təşəkkür edib və Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik prosesisinin şahidi olduğundan məmnun olduğunu bildirib.
İnterpress.az