“Zorakılıq evdən küçəyə daşınıb”backend

“Zorakılıq evdən küçəyə daşınıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın küçədə döyülməsi ilə bağlı xəbərlərə münasibət bildirən “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Təşkilat sədrinin sözlərinə görə, məsələnin mahiyyəti yox, əsasən tərəflərin bahalı maşınları, hadisə baş verən saatlarda küçədə olmaları müzakirə edilir: “Bahalı maşın insana kimisə döyməyə əsas vermir. Təəssüf ki, zorakılıq mövzusu bir kənara atılıb, daha çox başqa məsələlər qabardılır. Bu da onu göstəriri ki, biz baş verən hadisə ilə bağlı ciddi reaksiya nümayiş etdirməyib, məsələyə hələ də başqa prizmadan baxırıq. Yaxud da susqunluq nümayiş etdiririk. Məsələnin mahiyyəti o deyil ki, həmin adamlar gecə saatlarında küçədə nə edirdi, yaxud mübahisə nə səbəbdən yaranıb. Məsələnin mahiyyəti odur ki, bir qadın küçədə döyülüb, zorakılıq artıq evdən küçəyə daşınır. Ciddi reaksiya olmayacağı təqdirdə küçədə daha ağır cinayət hadisələrinin törədilməsinin şahidi olacağıq”.

Elnarə
İnterpress.az