İclası açıq elan edən spiker Oqtay Əsədov deputatları və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Sonra gündəlik təsdiq olunub. İclasın gündəliyindəki əsas məsələ Azərbaycan Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatıdır.
O. Əsədov hesabat barədə ümumi məlumat verərək bildirib ki, ötən il ölkə inkişafı yüksək templə davam edib, makro və mikro iqtisadi sabitlik qorunub saxlanıb, 2,8 faiz ümumi iqtisadi artım qeydə alınıb.
Daha sonra baş nazir Artur Rasızadə hökumətin hesabatını təqdim etməyə başlayıb.
İnterpress.az