Spiker maaşlardan danışdıbackend

Spiker maaşlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı gündəlikdə duran məsələdir.

Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan sosial, iqtisadi sahədə sürətli inkişafa nail olub və sosial iqtisadi investisiya qoyuluşu 22 milyard manatı ötüb:

“Bu vəsaitin 59%-i daxili bazarın, 41%-i isə xarici bazarın payına düşüb. Ötən il Azərbaycanda ümum daxili məhsu (ÜDM) 2,8% artıb. Ölkədə valyuta ehtiyatları 51.3 milyard dollar təşkil edib. Bu vəsait Azərbaycanın xarici borcunu 8 dəfə üstələyib. Xarici ticarətimizin 47%-i Avropa İttifaqı ölkələrinin payına düşüb”.

Spiker həmçinin vurğulayıb ki, ölkədə orta aylıq əməkhaqqı 4,5 % artaraq və 444 manata, yoxsulluq səviyyəsi isə azalaraq 5%-ə çatıb.

Oqtay Əsədov bildirib ki, qeyri-neft sektoruna investisiya qoyuluşu neft qaz sektoruna investisya qoyuşulundan 2 dəfə çoxdur.

İnterpress.az