11 nəfər donuz qripindən öldübackend

11 nəfər donuz qripindən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ölümlərin 11-i donuz qripi virusundan baş verib. İnterpress.az xəbər verir ki, ümumilikdə 170 nəfərə donuz qripi diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin müşaviri Eyub Gümüş \”Hər hansı bir qrip epidemiyası yoxdur\” deyə xəbəri şərh edib. Müşavir qrip epidemiyasıyla bağlı mətbuat konfransı keçirib və hər hansı bir epidemiya aşkarlanmadığını deyib: “2014-cü ildən bu yana cəmi 16 nəfər qrip virusundan həyatını itirib. Bunlardan 11-i donuz qripi, 5-i isə virusun digər növlərindən olub. Elmi Şura toplanıb və epidemiyanın olmadığı qənaətinə gəlib. Cəmi 170 nəfərə H1N1, yəni donuz qripi diaqnozu qoyulub”.

Müşavir bildirib ki, bu rəqəm 2009-cu illə müqayisədə azdır:“2009-cu ildə 1 milyon 502 min 654 qrip hadisəsi vardı. Bunların 20 min 800-ü xəstəxanaya yerləşdirilərək müalicə edilib. 2800 xəstə reanimasiyada müalicə olunub. O il 556 xəstəmizi itirmişdik. 2012-2013 içində 812 donuz qripi hadisəsi ortaya çıxdı. 2013-2014-cu ildə isə 17 hadisə təsbit edildi. Bununla bağlı hazırda peyvəndə başlamağımız gündəmdə deyil. \”

Eyup Gümüş uzunmüddətli qrip keçirən insanların səhiyyə ocaqlarına müraciət etmələrini məsləhət görüb. Müşavir qrip dərmanlarının dövlət xəstəxanalarında xəstələrə pulsuz veriləcəyini bildirib: “Qripə tutulanlar yataq istirahəti ilə bol maye, vitamin qəbul etsinlər. Ailələr uşaqların əllərini tez-tez yumasına, dəsmaldan istifadəsinə diqqət yetirsin. Burun axmağa başlayandan etibarən məktəbə göndərilməsinlər”.

İnterpress.az