Bunu azvision.az-a açıqlamasında Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döydükləri iddia edilən Elin və Zaur Məmmədov qardaşlarının vəkili Cavid Alıyev deyib.
Vəkilin sözlərinə görə, Ülkər Zaur Məmmədovdan şikayətçi deyil: “Bu mübahisə kamera görüntülərində qeydə alındığına görə, istintaq oraqanı məsələni böyüdüb. Onlar bunu ictimai qayda pozuntusu, cəmiyyətə hörmətsizlik göstərmək kimi qələmə vermək istəyirlər. Zərərçəkən kimi qələmə verilən Ülkər İsayeva da həm istintaqda, həm də məhkəmədə Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını bildirib”.
Vəkil rektorun qızını dörən qardaşların atasının avtoritet olması haqda iddialara da aydınlıq gətirib.
“Qardaşların atası Muxtar Məmmədov məmur deyil. O hər hansı bir dövlət vəzifəsi daşımır. O, adi bir işlə məğul olur. Avtoritet deyil. Qardaşlar adi bir şirkətdə işləyirlər. Onlar məmur övladları deyillər”.
C.Alıyev həmçinin qeyd edib ki, hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
“Hazırki mərhələdə həmin qardaşlara Cinayət məcəlləsinin 221.2.1 maddələri ilə (Bir qrup xuliqanlıq ) ittiham verilib. Biz o ittihamı qəbul etmirik. Hesab edirik ki, toplanmış sübutlar həmin qardaşların bu maddə ilə ittiham edilməsi üçün yetərli deyil. Hazırda onların barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir”.
Qeyd edək ki, Ülkər İsayeva martın 9-da Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
İnterpress.az