Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.
H.Kərimov bildirib ki, Müsavat Partiyası rəhbərliyinin Milli Şuranın 15 mart mitinqində iştirakına heç kim mane olmayıb: “Milli Şuranın bu mitinqi xalqın sosial sifarişi, ümumxalq mitinqi idi. Müsavat rəhbərliyinin qarşısına heç kim sədd çəkməmişdi ki, bu mitinqə qatılmasın. Müsavat Partiyasının mitinqdə iştirakla bağlı AXCP-yə heç bir müraciəti olmayıb. Əgər səmimi olsaydılar, meydana gələrdilər. Kim onları meydandan çıxaracaqdı?”
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya müsahibəsində AXCP rəhbərliyinin Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamadığını bildirib.
İnterpress.az