Bu barədə Ali Radanın qəbul etdiyi qərarda bildirilir.
“Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları, şəhərləri, qəsəbələri və kəndləri müvəqqəti işğal olunmuş əraziləri kimi tanınsın.
Bu ərazilərdə “Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonlarında yerli özünüidarəetmənin xüsusi qaydaları haqqında” qanuna müvafiq olaraq yerli özünüidarəetmənin xüsusi qaydaları tətbiq edilir.
Bu qaydalar qanunsuz silahlı birləşmələr və hərbi texnika, həmçinin silahlılar və muzdlular Ukrayna ərazisindən çıxarılanadək və Ukraynanın dövlət sərhədi üzərində tam nəzarəti bərpa olunanadək tətbiq olunacaq”, deyə qərarda qeyd olunur.
Qeyd edək ki, Ali Radada həmçinin işğal olunmuş ərazilər üzrə komitənin yaradılması planlaşdırılır.
İnterpress.az