“Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir”backend

“Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə prezident Obama İrlandiyanın baş naziri Enda Kenni ilə görüşdən sonra bildirib.

“Görüş zamanı Ukrayna və Rusiyanın bu ölkəyə təcavüzü ilə bağlı möhkəm və əzmli mövqe nümayiş etdirilməsinin vacibliyi, həmçinin, güclü sanksiyaların dəstəklənməsinin və Minsk sazişinin tam icrasının təmin edilməsinin, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi müzakirə olunub”, deyə Barak Obama bildirib.

Bundan əvvəl Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk da Rusiyaya qarşı geniş sanksiya rejiminin davam etdirilməsinin vacibliyini bildirib.

İnterpress.az