“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan tranzit yüklərin həcminin artırılması, Traseka, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan dəmir yollarının rəhbərləri yeni elektrikləşdirilmiş “Anqren-Pap” dəmir yolunun tikintisini dəstəklədiklərinin bildiriblər. Qeyd olunub ki, bu dəhliz yeni Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yüklərin Qara dəniz limanlarına çıxarılmasını təmin edəcək. Tədbirdə, həmçinin daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılması məsələsinə baxılması üzrə razılıq əldə edilib.
Üçtərəfli görüşün sonunda müvafiq protokol imzalanıb.
İnterpress.az