İnterpress.az xəbər verir ki, baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” Partiyası seçkilərin qalibi olub. “Likud” Partiyası Knessetdə 29 yer qazanıb. Netanyahunun əsas rəqibi sayılan “Sionist düşərgə” parlamentdə 24 nəfərlə təmsil olunacaq.
Nəticələrə görə heç bir partiya təkbaşına iqtidara gələ bilmək üçün tələb olunan baryeri aşa bilməyib. Buna görə də ölkədə koalisiya hökuməti formalaşdırılacaq.
İnterpress.az