İnterpress.az xəbər verir ki, bu xəbərdarlıqla Rusiya Fövqəladə Hallar Nazirliyi çıxış edib.
Nazirliyin məlumatına görə, asteroidlərin 2050-ci ilə qədər Yerə yaxınlaşması gözlənilir. Onların ölçüsü 7 metrdən 945 metr intervalında olacaq. Mütəxəssislərin açıqlamasına görə, 2015-ci ildə asteroidlə təhlükəli yaxınlaşma gözlənilmir.
Mütəxəssislər bildirir ki, hətta kiçik ölçülü obyektlər də Yer üçün böyük təhlükə törədir. Xüsusilə hadisə yaşayış məntəqələrinin yaxınlığında baş verəcəyi təqdirdə böyük dağıntılarla müşayət olunacaq.
Mütəxəssislərin fikrincə, 250 milyon il əvvəl meteoritin düşməsi dinozavrların nəslinin kəsilməsinə səbəb olub.
İnterpress.az