Bunu Azərbaycanda səfərdə olan Sudanın xarici işlər naziri Ali Ahmed Karti deyib.
Nazir bildirib ki, Azərbaycandakı uğurlu inkişaf ölkələr üçün nümunə ola bilər: “Biz xoş əlaqələrə malikik. Beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini dəstəkləyir”.
O, səfərinin iki ölkə arasında iqtisadi və siyasi sahələrdə əməkdaşlığa daha da genişləndirmək məqsədi daşıdığını bildirib: “Bunun üçün geniş potensial var, xüsusilə neft və qaz sahəsində…
Biz Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnmək istəyirik. Sudanlı tələbələrin Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almalarında da maraqlıyıq.
İki ölkə arasında əlaqələrin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdirilməsi faydalıdır”.
İnterpress.az