Əhməd Davudoğlu: “Canımız Azərbaycana qurban olsun”backend

Əhməd Davudoğlu: “Canımız Azərbaycana qurban olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin “Azərbaycana hansı mesajı vermək istərdiniz?” sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.

Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: “İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”.

Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.

İnterpress.az