İnterpress.az xəbər verir ki, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib.
Prosesdə dövlət ittihamçısı təqsirləndirilən həkim Firuz İbrahimovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Xatırladaq ki, Firuz İbrahimov Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatında anestezioloq kimi iştirak edib.
Proses aprelin 8-də davam etdiriləcək.
İnterpress.az