Amerika səfiri yenə girovlardan danışdıbackend

Amerika səfiri yenə girovlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanlı girovların hələ də qaytarılmaması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkəsi bu fürsətin dəyərləndirilməsinə, istifadə edilməsinə çağırır: “Biz bu məsələ üzərində işimizi davam etdiririk”.

Uydurma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə İrəvanda keçiriləcək tədbirə ABŞ-dan kimin qatılacağı ilə bağlı suala cavabında diplomat qeyd edib ki, bu, Vaşinqtonun verəcəyi qərardır, onda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, ABŞ dövlət katibinin Viktoriya Nuland da regiona səfəri zamanı verdiyi bəyanatlarında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə çağırıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb. Uydurma rejimin qondarma “apellyasiya məhkəməsi” “hökmü” qüvvədə saxlayıb.

İnterpress.az