Hərbi geyimdə olan 3 nəfər Tunis parlamentinin binasına daxil olaraq, orada atəş açmağa başlayıb.
Daha sonra onlar yaxınlıqdakı Alaun (Bardo) Milli Muzeyinə gediblər və orada olan turistlərə atəş açıblar. Silahlıların muzeydə olan turistləri girov götürdükləri də bildirilir.
Bəzi məlumatlara görə, hadisə baş verən an muzeydə 200 nəfər olub. Onların əksəriyyətini təxliyyə etmək mümkün olub.
İnterpress.az