“Düyü işi” kimi xatırlanan işin gedişindən asılı olaraq keçmiş baş nazir 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.
2011–2014-cü illərdə baş nazir olan Çinavat kəndlilərdən düyü alınması zamanı qanunsuzluğa yol verməkdə ittiham edilir. Düyü alınmasına görə dövlətə dəyən ziyan 16,9 milyard dollardır.
Sənədlərə əsasən dövlət düyünü kəndlilərdən bazar qiymətindən baha alıb. Alınmış düyünün dünya bazarına çıxarılması zamanı məlum olub ki, bazarda qiymətlər kifayət qədər aşağıır. Beləliklə də dövlət kənlilərdən baha aldığı düyünü xaricə daha ucuz satmağa məcbur qalıb və ziyana düşüb. Beləliklə də Tayland düyü ixracı üzrə dünya liderliyini əldən verib, anbarlar isə ağzınacan düyü ilə dolu olub. Bundan başqa proqramın icrası zamanı korrupsiyaya yol verildiyi də bildirilir.
Konstitusiya məhkəməsi baş naziri 2014-cü ildə istefaya göndərib.
İnterpress.az