Lotu Quliyə müharibə elan edən “xaç atası” saxlanıldıbackend

Lotu Quliyə müharibə elan edən “xaç atası” saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “qanuni oğru” Soçidə “sxodka” keçirmək istəyərkən polis müdaxiləsinə məruz qalıb. Onunla bərabər “sxodka”da Qoço və yerli avtoritet Robson da iştirak etməli idi.

“Sxodka”nın keçiriləcəyi ünvana gələn polis Şakro Molodoyu bölməyə aparsa da, profilaktik söhbətdən sonra sərbəst buraxıb.

Xatırladaq ki, İspaniyada həbsini başa vurduqdan sonra Rusiyaya qayıdan Şakro Molodoy son zamanlar İrəvanda keçirdiyi “sxodka” və Lotu Qulinin qardaşı Namik Səlifov da daxil olmaqla 12 “oğru”nun statusunun alınması ilə gündəmə gəlib. Lakin daha sonra Namik Səlifovla bağlı qərarın hələ qəbul edilmədiyi açıqlanıb. Bununla yanaşı Şakro Molodoy “təmizləmə” əməliyyatına görə hədəf ola biləcəyini düşünərək mühafizəçilərinin sayının dəfələrlə artırıb.

Elnarə
İnterpress.az